<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Günlər keçirdi bir - birinə oxşayan,
 Günahlı ikən yaşayırdım mən qaranlıqda.
 Gündən - günə ağrı dolurdu ürəyə,
 Bezmişdim mən yaşamaqdan bu dünyada.

[C1]
   Sənin yanına, ey Allah, yalvarışla gəldim,
   Sən eşitdin mənim dərdimi və xilas etdin.
   Mənim günahlarımı götürdün Öz boynuna,
   Mən minnətdaram, ey Rəbbim, Sənə.

[V2]
 Məni tapdın, yol göstərdin, sevinc verdin,
 Ağrı keçdi, məhəbbətinlə doldu ürəyim.
 Daha başqa gözlə baxıram həyata,
 Hər yer Sənin nurunla dolur, Məsihim.

[V3]
 Ey insanlar, hələ vaxt var, gecikməyin
 Qaranlıqdan, əzabdan çıxış yolu var.
 İnan, dostum, Allahla həyat başqadır,
 Qəlbini aç yalvarışla sən Allaha.

[C2]
   Yalvarışla, dostum, gəl sən Allahın yanına,
   Dərdini aç, burax Məsihi sən ürəyinə.
   Öz Qanıyla günahlarını O bağışlayar,
   Məsihdə xilas və əbadi həyat.</lyrics>
<title>Günlər keçirdi bir - birinə oxşayan İL445</title>
<hymn_number>445</hymn_number>
</song>